XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Voleybolçularımız EEVZA yarışı üçün Polşaya yollanıb
İdman 10:39 / 09.01.2024

20 yaşadək voleybolçu oğlanlardan ibarət komandamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün bu gün Polşanın Qojuv-Velkopolski şəhərinə yollanıb.

Səbuhi Əliyevin rəhbərlik etdiyi komandamız Latviya, Ukrayna, Estoniya və ev sahibi Polşa kollektivləri ilə üz-üzə gələcək. Yığmamız ilk matçını yanvarın 11-də Estoniya komandasına qarşı keçirəcək.

Qeyd edək ki, yanvarın 10-14-də təşkil olunacaq yarış "AVRO-2024”ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Oyunların cədvəli

11 yanvar

23:00. Azərbaycan - Estoniya

12 yanvar

20:00. Azərbaycan – Ukrayna

13 yanvar

23:00. Azərbaycan – Latviya

14 yanvar

20:00. Azərbaycan – Polşa


19170 oxunub

InvestAZ