XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



AVF-in nümayəndələrinə növbəti dəfə etimad göstərilib
İdman 19:35 / 08.01.2024

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmiləri Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat alıblar.

Avrokubok yarışları beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və AVF-nin beynəlxalq əməkdaşlıq üzrə meneceri Nərgiz İsmayılovaya həvalə edilib.

E.Zülfüqarov kişilər arasında Çempionlar Liqasının C qrupunda mübarizə aparan "Halkbank Ankara” (Türkiyə) və "Gas Sales Daiko Piacenza” (İtaliya) komandalarının matçını idarə edəcək. Qarşılaşma yanvarın 10-da "TVF Sport Complex Baskent Sports Hall”da keçiriləcək.

İsmayılova da həmin turnirə təyinat alıb. O, eyni gündə B qrupunda baş tutacaq "ACH Volley” (Sloveniya) - "Trentino İtas” (İtaliya) oyununda hakimlərin işinə qiymət verəcək.


19348 oxunub

InvestAZ