XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qalib komandalar təltif olunublar
İdman 12:11 / 08.01.2024

Lənkəran Olimpiya İdman Kompleksində "Ümumdünya Futbol Günü"nə həsr olunmuş rayonun kənd və qəsəbələrinin həvəskar komandaları arasında futzal turnirinin final oyunları və mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi T.Babazadə, Lənkəran Olimpiya İdman Kompleksinin direktoru M.Calalov və 3 qat Avropa çempionu, 3 qat Avropa rekordçusu, 2013-2014-cü illərdə Avropanın ən güclü idmançısı və dəfələrlə respublika çempionu olmuş R.İmanzadə idmançıları təltif ediblər.

Turnirdə Lənkəran rayonu Gərmətük qəsəbəsinin "Tankçılar” komandası birinci yeri tutub. "Şağlaser” komandası ikinci, "Sütəmurdov” komandası isə üçüncü olub.

Birinci yeri tutan komanda diplom, medal və kubokla mükafatlandırılıb. İkinci, üçüncü yeri tutan komandaların oyunçuları medal, ən yaxşı qapıçı və oyunçular isə xüsusi hazırlanmış hədiyyələrlə təltif olunublar.


23415 oxunub

InvestAZ