XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Mini futbol turniri başa çatıb
İdman 11:53 / 08.01.2024

Cəlilabadda 19 komandanın iştirak etdiyi ümumtəhsil məktəblərinin müəllimləri arasında mini futbol turnirinə yekun vurulub. Turnirin final oyununda şəhər 2 saylı tam orta məktəbin komandası Bəcirəvan kənd tam orta məktəbin komandası ilə üz-üzə gəlib. 2 saylı məktəbin komandası rəqibini məğlub edərək turnirin qalibi adını qazanıb.

Yarışın qalibləri Lənkəran-Astara Regional Gənclər İdman İdarəsinin kubok, diplom və medalları ilə təltif ediliblər.

Qeyd edək ki, turnir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun, eləcə də Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayon sektorunun birgə təşkilatçılığı ilə keçirilib.


23614 oxunub

InvestAZ