XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Xizək alpinizmi üzrə komandamız qitə çempionatında iştirak edir
İdman 11:26 / 08.01.2024

Yanvarın 7-də Fransanın Flaine bölgəsində xizək alpinizmi üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.

Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 22 ölkədən 225 idmançının iştirak etdiyi yarışda Azərbaycanın xizək alpinizmi üzrə milli komandası da iştirak edir.

Mərasimdə açılış nitqi ilə çıxış edən Xizək Alpinizmi üzrə Beynəlxalq Federasiyanın Avropa Konsulluğunun Prezidenti Günel Bədəlova idmançılara uğurlar arzulayıb.

Qeyd edək ki, Avropa çempionatında idmançılarımız yanvarın 10-da sprint, 11-də isə vertikal növlərdə çıxış edəcəklər.

Yarış yanvarın 12-sinə kimi davam edəcək.



22804 oxunub

InvestAZ