XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Pəhləvanlarımızın ilk sınağı Xorvatiyada olacaq
İdman 20:48 / 07.01.2024

Güləşçilərimiz ilin ilk yarışına Xorvatiyada start verəcəklər. Yanvarın 10-dan 15-dək keçiriləcək "Zaqreb Open” turnirində ölkəmiz güləşin hər üç növündə təmsil olunacaq. 2024-cü ilin ilk beynəlxalq yarışında milli komandaların ümumilikdə 28 üzvü qüvvəsini sınayacaq.

Azərbaycanı sərbəst güləş yarışlarında 6 çəki dərəcəsində 9 idmançı təmsil edəcək. Klassiklərin yarışında isə komandamız 9 çəki dərəcəsində 13 idmançı ilə mübarizə aparacaq.

Xorvatiya sınağında həmçinin qadın güləşi üzrə millimiz də yarışacaq. Yığmamızın heyətində 6 qadın idmançısı mükafatlar uğrunda xalça üzərinə çıxacaq.


18913 oxunub

InvestAZ