XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Serbiya yığması ABŞ millisi ilə qarşılaşacaq
İdman 17:02 / 07.01.2024

Basketbol üzrə ABŞ millisi Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində Serbiya ilə qarşılaşa bilər. Bu barədə Serbiya milli komandasının baş məşqçisi Svetislav Peşiç xəbər verib.

"Çox güman ki, olimpiadaya qədər Əbu-Dabidəki turnirə yollanacağıq. İlk qarşılaşmada Avstraliya, sonra da ABŞ millisi ilə görüşəcəyik. Bunun üçün bizə müqavilə imzalamaq üçün təklif göndərdilər. Şərtlər bizim ürəyimizcədir. Yekun qərarı Serbiya Basketbol Federasiyası verəcək. Böyük ehtimalla razılıq əldə edə biləcəyik”, - deyə Peşiç "Mozzart Sport”a bildirib.

Məlumat üçün bildirək ki, ABŞ komandasının baş məşqçisi Stiv Kerr iyulun əvvəlində Las-Veqasda təlim-məşq toplanışı keçirəcək. Komanda orada ən azı bir yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Paris-2024-ə yollanacaq ABŞ millisinin 12 nəfərdən ibarət heyəti iyun ayında, təlim-məşq toplanışı başlamazdan əvvəl açıqlanacağı gözlənilir.


19441 oxunub

InvestAZ