XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Superkompüter də eyni düşünür
İdman 14:46 / 07.01.2024

Məşhur OLBG şirkəti ötən mövsümün məlumatlarını və Formula 1 trendlərini nəzərə alan superkompüterdən istifadə edərək, pilotların növbəti mövsümdə dünya çempionu olmaq şanslarını hesablayıb.

Birinci yerdə gözlənildiyi kimi "Red Bull”u təmsil edən hazırkı dünya çempionu Maks Verstappen yer alıb - 65 faiz. İkinci yerdə "McLaren” pilotu Lando Norris qərarlaşıb. Kompüter onun şansını 10 faiz qiymətləndirib. Yeddiqat çempion Lyuis Hemilton ilk üçlükdə qərarlaşıb - 6 faiz.Şarl Lekler ("Ferrari”), Oskar Piastri ("McLaren”) və Corc Rassel ("Mercedes) superkompüterdən dörd faizlik çempionluq şansı əldə ediblər. "Red Bull”un pilotu Serxio Peres üç faiz inam qazanıb. Fernando Alonsonun ("Aston Martin”) çempion olma ehtimalı iki faizdir.


19435 oxunub

InvestAZ