XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



 Azərbaycan çempionatında ilin ilk oyunlarının vaxtı müəyyənləşdi
İdman 13:38 / 07.01.2024

Qadın voleybolçular arasında Azərbaycan çempionatında 2024-cü ilin ilk oyunlarının vaxtı müəyyənləşib. Yanvarın 9-da Yüksək Liqada 8-ci turun iki oyunu keçiriləcək. Günün ilk qarşılaşması saat 15:00-da "Abşeron”la "Milli Aviasiya Akademiyası” komandaları arasında olacaq. Saat 18:00-da "Murov Az Terminal” "Azərreyl” ilə üz-üzə gələcək. Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Qeyd edək ki, "Azərreyl” və "Abşeron” ikinci dövrə ərəfəsində hərəyə 18 xalla 1-2-ci yerləri bölüşdürürlər. "Murov Az Terminal” 15 xalla üçüncü pillədə qərarlaşıb. Dördüncü yerdəki "Gəncə”nin 9, beşinci "Milli Aviasiya Akademiyası”nın 3 xal var. Autsayder UNEC ilk dövrədə xal qazana bilməyib.


20111 oxunub

InvestAZ