XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Muxtar respublika turnirinin qalibi müəyyənləşdi 
İdman 17:35 / 30.12.2023

"Heydər Əliyev İli” çərçivəsində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə kişilər arasında voleybol üzrə muxtar respublika turniri başa çatıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Voleybol Federasiyası tərəfindən birgə təşkil olunan yarışın son oyun günündə keçirilən üçüncülük və final matçlarından sonra mükafatçıların adlarına aydınlıq gəlib.

Üçüncü yer uğrunda görüşdə "Şərur”u 3:0 hesabı ilə üstələyən "Naxçıvan” bürünc medallara sahib çıxıb.

Günün ikinci yarısı turnirin bədii hissəsi çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının ifaçı və rəqqasları tamaşaçılar önündə konsert proqramı ilə çıxış ediblər. Ümummilli liderə və Vətənə həsr olunmuş mahnılar səsləndirilib.

Sonra həlledici görüş - final matçı reallaşıb. "Sədərək” - "Culfa” qarşılaşmasında sədərəklilər 3:1 hesabı ilə qələbə qazanmaqla turnirin qalibi olublar. "Culfa” gümüş medallara yiyələnib.

İlk üç yerin sahiblərinə diplom, medal, kubok və hədiyyələr, fərqlənən voleybolçulara fəxri fərman verilib. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov, Naxçıvan Voleybol Federasiyasının prezidenti Vüqar Əliyev və federasiyanın baş katibi Rahil Tahirli təqdim ediblər.



20810 oxunub

InvestAZ