XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Qalatasaray” – “Fənərbağça” matçının təxirə salınmasının səbəbləri
İdman 09:20 / 30.12.2023

Türkiyə Superkuboku uğrunda keçirilməsi nəzərdə tutulan "Qalatasaray” – "Fənərbağça” oyunu ləğv edilib. Səudiyyə Ərəbistanın "Əl-Avval Park” stadionunda keçirilməli olan derbinin təxirə salınma səbəbləri məlum olub.

TRT SPOR xəbər verir ki, Səudiyyə Ərəbistanının hakimiyyət orqanları matçda müasir Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün "Yurtda sülh, dünyada sülh” şüarı olan pankartdan istifadəsinə icazə verməyib. "Qalatasaray” və "Fənərbağça” bu vəziyyətlə razılaşmayıb. Klubların nümayəndələri ilə danışıqlar aparılsa da, nəticə əldə olunmayıb. Matçın təşkilatçıları bu səbəbdən oyundan imtina ediblər. Stadiona toplaşan hər iki komandanın azarkeşləri Mustafa Kamal Atatürkdən şəkillər və sitatlar yazılmış plakatlar nümayiş etdiriblər. Bundan başqa, Səudiyyə rəsmiləri futbolçuların Türkiyə qurucusunun təsviri olan köynəklərlə meydana daxil olmasını qadağan edib. Qarşılaşmanın yeni vaxtı və yeri daha sonra açıqlanacaq.



23811 oxunub

InvestAZ