XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan il ərzində 91 beynəlxalq yarışa ev sahibliyi edib
İdman 19:49 / 29.12.2023
2023-cü il ərzində Azərbaycan 3 dünya çempionatına ev sahibliyi edib. Bu barədə Gənclər və İdman Nazirliyindən məlumatverilib. Bakı şəhərində taekvondo üzrə 26-cı dünya çempionatı, atıcılıq üzrə 53-cü dünya çempionatı və hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı təşkil edilib. Həmçinin kişi və qadın idman gimnastikası üzrə dünya kuboku, bədii gimnastika üzrə dünya kuboku, Formula 1 Azərbaycan Qran-Prisi, bədii gimnastika üzrə 39-cu Avropa çempionatı, şahmat üzrə dünya kuboku, MMA üzrə "Landmark 7” beynəlxalq Rizin turniri kimi yarışlar ölkəmizdə uğurla təşkil olunub. Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı, Beynəlxalq Avtomobil Federasiyası – FIA Baş Assambleyası və Mükafatlandırma mərasimi (FIA Prize-Giving Ceremony), Avropa Badminton Konfederasiyasının Konqresi, Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyası və digər mühüm tədbirlər də Bakıda keçirilib.
20616 oxunub

InvestAZ