XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Onlayn turnirlər zamanı spirtli içki qəbul edirmiş
İdman 20:18 / 29.12.2023
Şahmat üzrə 16-cı dünya çempionu, FİDE reytinqinin lideri, norveçli qrossmeyster Maqnus Karlsen müxtəlif onlayn şahmat turnirlərində iştirak edərkən spirtli içki qəbul etdiyini etiraf edib. "Bəli, bəzən spirtli içki qəbul etdikdən sonra onlayn turnirlər oynayıram. Amma bu o demək deyil ki, ciddi turnirlərdə digər şahmatçılara da bunu tövsiyə edirəm. Bu böyük bir riskdir”, – deyə TASS Maqnus Karlsendən sitat gətirib. Qeyd edək ki, dünən Səmərqənddə (Özbəkistan) keçirilən rapid üzrə dünya çempionatında qalib olub. 33 yaşlı qrossmeyster 10 xalla bütün rəqiblərini qabaqlayıb. İkinci yeri sloveniyalı Vladimir Fedoseyev (9,5), üçüncü yeri isə çinli Yu Yangyi (9) tutub. Qeyd edək ki, bu qələbə Karlsenin analoji yarışda 5-ci qələbəsidir. O ötən ilki titulunu qoruyub.
20016 oxunub

InvestAZ