XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qarət növbəsi Qrilişə çatdı
İdman 15:30 / 29.12.2023

"Mançester Siti”nin və İngiltərə millisinin yarımmüdafiəçisi Cek Qrilişin evi komandanın qarət edilib. The Sun xəbər verir ki, hadisə "Everton”la səfər matçı (3:1) zamanı baş verib. Ailə üzvləri oyuna evdə tamaşa etdikləri vaxt onlar içəridə yad adamların olduğunu hiss ediblər. Həyəcan düyməsi işə düşdükdən sonra qarətçilər evi tərk ediblər. Qeyd olunur ki, Qrialiş Miladdan bir müddət əvvəl bu evə köçüb. Ev vertolyot meydançası, qayıqla gəzinti və balıq tutmaq üçün gölü olan yeddi otaqlı malikanədir. Güclü təhlükəsizlik tədbirləri və ətrafın hasarlanmasına baxmayaraq, oğrular malikanədən 1 milyon funt-sterlinq dəyərində saat və zinət əşyaları oğurlayıblar. Polis işə qoşulsa da, şübhəlilərin izinə rast gəlinməyib. Polis hadisə ilə bağlı araşdırmalarını davam etdirir.



23109 oxunub

InvestAZ