XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Boksçularımız ili 179 medalla başa vurublar
İdman 14:31 / 29.12.2023

Azərbaycan boksçularının 2023-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb. Federasiyadan verilən məlumata görə, bu il müxtəlif yaş qrupları üzrə milli komandalar 26 turnirdə ümumilikdə 179 medal əldə ediblər. 

Onlardan 35-i qızıl, 37-si gümüş və 107-si bürüncdür. Nəticədə yığmalar ötən illə müqayisədə 132 faiz irəliləyişə nail olublar.

Boksçular 179 mükafatdan 11-ni Avropa, 3-nü dünya çempionatlarında qazanıblar. Yığmalar iştirak etdikləri mundial və qitə səviyyəli yarışların hər birindən Vətənə mükafatla qayıdıblar.

Həmçinin boksçular III Avropa Oyunlarında 2 dəfə fəxri kürsüyə qalxıb və eyni sayda "Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya sahib çıxıblar. Milli komandanın hesabında Qızıl kəmər seriyasından, II MDB Oyunlarından və Beynəlxalq Universitet İdman Festivalından da medallar var.

Qeyd edək ki, 1 il öncə Azərbaycan boksçuları 15 beynəlxalq yarışda 77 (30-20-27) medal qazanıb.




23534 oxunub

InvestAZ