XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində media turu təşkil olunub - FOTO
İdman 17:43 / 27.12.2023

Dekabrın 27-də cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzinə jurnalistlər üçün media turu təşkil olunub.

Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullunun rəhbərlik etdiyi media turda jurnalistlərəidman bazasında yaradılan şəraitlə bağlı məlumat verilib.

Baş katib əvvəlcə media nümayəndələrini salamlayaraq onlara Azərbaycan Cüdo Federasiyasının yeni ofisininTəlim-Məşq Mərkəzindəyerləşdiyini bildirib.

O, media tur çərçivəsindəOlimpiya növləri üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzinin 1967-ci ildə istifadəyə verildiyini qeyd edərək bazanınümumi ərazisinin 2,2 hektar olduğunu diqqətə çatdırıb. Mərkəzdə əsaslı təmir və tikinti işlərinin yüksək keyfiyyətlə aparıldığını deyən R.Rəsullu hazırlıq işlərinin bu ilin noyabrında başa çatdırıldığını və açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirak etdiyini qeyd edib. İdman qurğusunda bütün zəruri infrastrukturun yaradılığını deyən federasiya rəsmisi Təlim-Məşq Mərkəzinin müasirliyi ilə diqqət cəlb etdiyini vurğulayıb.

Baş katib mərkəzdən Gənclər və İdman Nazirliyi ilə birgə istifadə etdiklərini söyləyib. O, burada həmçinin qadınlar və yeniyetmələr üçün böyük idman zalının yaradılığını, eyni zamanda çoxlu sayda idmançının məşq edə biləcəyini qeyd edib.

Rəşad Rəsullu əsaslı təmir zamanı Təlim-Məşq Mərkəzinin uzunluğu 96 metr və eni 72 metr olan stadionunun süni ot örtüyünün də dəyişdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, stadion müasir işıqlandırma sistemi ilə təchiz edilib.

Baş katib mərkəzlə tanışlıq zamanı məşq zallarındakı tatamiyə yaylı sistemin quraşdırıldığını, bunun da beynəlxalq təlim-məşq toplanışları təşkil etmək baxımından standartlara cavab verdiyini deyib.

Qeyd olunub ki, mərkəzdə fiziki hazırlıq zalı, məşqçilərin otaqları, 28 yerlik müasir otel bölməsi fəaliyyət göstərir.İdman qurğusu, eyni zamanda həkim otağı, fizioterapiya və masaj otaqları idmançıların ilkin reabilitasiyası və müalicəsi üçün lazımi cihaz və avadanlıqlarla təchiz edilib.

Mərkəzlə tanışlıq zamanı cüdo üzrə məşqçi işləmiş və hazırda daxili yarışlar üzrə menecer vəzifəsində çalışan Ağayar Axundzadə Təlim-Məşq Mərkəzində son dövrdə böyük dəyişiklik aparıldığını söyləyib.

"İlin ən yaxşı tibbi personal"ı seçilən həkim Ramin Vəliyev də tibbi avadanlıqlar barədə məlumat verib.

Baş katib daha sonra jurnalistlər üçün təşkil olunmuş çay süfrəsi ətrafında başa çatmaqda olan 2023-cü ilin Azərbaycan Cüdo Federasiyası üçün zəngin uğurlarla yadda qaldığını diqqətə çatdırıb.

2023-cü ildə əldə olunan nəticələrə həsr olunmuş videçarx nümayiş olunduqdan sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.




20591 oxunub

InvestAZ