XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ronaldo 2023-cü ili lider kimi tamamlayıb - FOTO
İdman 09:55 / 27.12.2023

"Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı çempionatı matçında "Əl-İttihad”la görüşdə yeni uğuru ilə yadda qalıb. Belə ki, o matçda iki qol vuraraq, 2023-cü ildə qol sayına görə bütün rəqiblərini qabaqlayıb. 38 yaşlı Ronaldo 2023-cü ildə 53 qol vurub. O, PSJ-nin hücumçusu Kilian Mbappe və "Bavariya"nın ingilis hücumçusu Harri Keyni geridə qoyub – 52 qol.

Qeyd edək ki,18-ci turun görüşü "Əl-Nəsr"in 5:2 hesablı qələbəsi ilə başa çatıb. Ronaldo 19 və 68-ci dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirib. "Əl-Nəsr”in heyətində Anderson Taliska (38-ci dəqiqə), Sadio Mane iki dəfə fərqlənib (76, 82). "Əl-İttihad”dan isə qolları Abderrazak Hamdallah (14, 52) vurub.


20033 oxunub

InvestAZ