XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Olimpiya mükafatçısı yığma komandasını dəyişir
İdman 15:49 / 26.12.2023
Hokkey üzrə finlandiyalı dünya çempionu və Olimpiya oyunlarının bürünc mükafatçısı Cuhamatti Aaltonen karyerasını İtaliya millisində davam etməyi planlaşdırır. O, 3 il sonra Milano Kortina şəhərində keçiriləcək qış olimpiadasında iştirak barədə düşünür. "Bir neçə il İtaliyada oynamaq, ölkə vətəndaşı olmaq və onu Milanda keçiriləcək Olimpiya Oyunlarında təmsil etmək qərarına gəldim. Bəli, belə də olmalıdır. Çoxdandır ki, bu barədə bir söz deyib, dayanmışdım. Bunu zarafat üçün demişdim. Çünki həyat yoldaşım və övladım İtaliya pasportlarına malikdirlər. Fikirləşirdim ki, görəsən vətəndaşlıq alıb, həmin ölkəni təmsilç etsəm necə olar? Özümü sınamaq istəyirəm», - deyə 38 yaşlı hücumçu «Mtvuutiset» saytına bildirib.
20715 oxunub

InvestAZ