XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Xankəndi Azərbaycanın futbol xəritəsinə yenidən qayıdır - FOTO
İdman 12:15 / 26.12.2023

Xankəndi şəhəri yeni mövsümdən etibarən Azərbaycanın futbol xəritəsinə daxil ediləcək. Belə ki, Mərkəzi Ordu İdman Klubu (MOİK) yeni mövsümdə hansı liqada çıxış etməsindən asılı olmayaraq Xankəndi şəhərini təmsil edəcək. Artıq bununla bağlı, bir sıra detallara da aydınlıq gəlib. Müdafiə Nazirliyinin balansında olan komandanın orada məskunlaşması yönündə artıq işlərə başlanıb. Əvvəlcə klubun loqosu təkmilləşdirilib. Klub yeni loqo ilə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndidə keçirilən "Qarabağ"la oyunda meydana çıxıb. Bundan başqa, şirkətlərdən biri MOİK-in titul sponsoru olmağa da razılıq verib.

Növbəti mərhələdə isə komandanın məskunlaşması üçün baza və şərait yaradılacaq.

Həmçinin gələcəkdə MOİK-in nəzdində fəaliyyət göstərən bütün idman növləri üzrə idmançıların və komandaların da Xankəndidə məskunlaşması nəzərdə tutulub.


23968 oxunub

InvestAZ