XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bakıda ilk dəfə kiber triatlon yarışı keçirilib
İdman 16:24 / 25.12.2023

Bakıda "Triterra Baku Triathlon Club” və "Cyber Athletics Azerbaijan”nın birgə təşkilatçılığı ilə "CYBERWinD Olympic Series” adlı ilk kiber triatlon yarışı baş tutub.

Turnirdə "Triterra”, "Metak”, "Tristar” və "World Class Azerbaijan” klublarının təmsilçiləri olan 17 idmançı iştirak edib. Reqlamentə əsasən atletlər 40 kilometrə bərabər virtual məsafəni qət ediblər.

Finişə birinci Teymur Fərəcov ("Triterra” klubu) çatıb. Elçin Əliyev ("Tristar”) ikinci, Zaur Arkania ("Triterra”) üçüncü olub.

Kiber triatlon üzrə yarış Azərbaycanda ilk dəfə təşkil olunub. Turnirin gələcəkdə E-İdman Olimpiadasında Azərbaycan təmsilçilərinin müəyyən olunması üçün təsnifat xarakter daşıyacağı gözlənilir.

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi eləcə də Azərbaycan Triatlon Federasiyasının dəstəyi ilə keçirilib.


19790 oxunub

InvestAZ