"Qarabağ" liderliyini bir qədər də möhkəmləndirdi
İdman 20:51 / 24.12.2023
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura və mövsümün ilk yarısına yekun vurulub. İlin son oyununda "Zirə” komandası "Qarabağ”ı qəbul edib. Oyun Ağdam təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -0:1. Qonaqların qolunu 30-cu dəqiqədə Olavio Juninyo vurub. Bu nəticədən sonra xallarının sayını 41-ə çatdıran Qurban Qurbanovun komandası liderliyini möhkəmlədib. "Qartallar” 29 xalla ikinci sıradadır.
19415 oxunub