XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib
İdman 01:01 / 25.12.2023

Həndbol üzrə Azərbaycan çempionatında 6-cı turun oyunları keçirilib. Qadınların "AHF Arena”da keçirilən görüşlərində əvvəlcə "İdman Akademiyası” ilə "Bakı” üz-üzə gəlib.

Nominal ev sahibinin üstünlüyü ilə yaddaqalan oyun 35:22 hesabı ilə başa çatıb.

"Qarabağ” - "Kür” matçı daha gərgin mübarizə şəraitində keçib. Mingəçevir həndbolçularının ciddi müqavimətinə baxmayaraq, pərəstişkarlarını sevindirən "Qarabağ” ardıcıl 6-cı qələbəsini rəsmiləşdirib - 29:25.

"Azəryol” isə növbəti uğurlu nəticəni "Gənclər Birliyi” ilə oyunda qazanıb. Komandalar arasındakı aşkar səviyyə fərqi tabloda da əksini tapıb – 5:57.

Kişilərin mübarizəsində 6-cı tura "İdman Akademiyası” – "Bakı” görüşü ilə start verilib. Daha inamlı oyun göstərən paytaxtın eyniadlı komandası matçı 37:20 hesablı qələbə ilə başa vurub.

"Azəryol” – "Təhsil” görüşündə birincilər üstünlüklərini 10 xallıq fərqlə büruzə veriblər 39:29.

"Qarabağ” isə "Dinamo” ilə oyunda qarşıya qoyulan tapşırığı yerinə yetirib – 48:32.



19934 oxunub

InvestAZ