XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Neftçi” Adrian Mutunu monteneqrolu mütəxəssislə əvəzlədi
İdman 19:48 / 24.12.2023

"Neftçi” futbol klubunda baş məşqçi dəyişikliyi olub. Belə ki, mövsümün əvvəlindən rumıniyalı mütəxəssis Adrian Mutu ilə iki illik müqavilə imzalayan klub rəhbərliyi qarşılıqlı razılıq əsasında baş məşqçi ilə yollarını ayırıb.

A.Mutunu bu vəzifədə monteneqrolu mütəxəssis Miodraq Bojoviçin əvəzləyəcək. "Ağ-qaralar" M.Bojoviç ilə1.5 illik (1 il+ 6 ay)müqavilə imzalayıb.

"UEFA Pro” lisenziyalı məşqçi 1968-ci ildə Monteneqronun (YİR) Moykovas şəhərində anadan olub. Futbolçu karyerasını tamamladıqdan sonra Serbiyanın "Boras” klubunda məşqçiliyə başlayıb. 20 illik məşqçilik təcrübəsinə malik olanmütəxəssis bu illər ərzində Serbiya çempionu, Rusiya kubokunun qalibi və finalçısı olub.

Karyerası ərzində Rusiyada "Dinamo" (Moskva), "Lokomotiv" (Moskva) və Serbiyada "Srvena Zvezda" kimi komandaların baş məşqçisi olub. M.Bojoviçin "Neftçi”dən öncəki son iş yeri isə Rusiyanın "Arsenal" (Tula) klubudur.

Mütəxəssis "Neftçi" ilə 2024-cü ilin yanvar ayında Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək.



20356 oxunub

InvestAZ