XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ölkə turniri başa çatdı
İdman 17:41 / 24.12.2023

Kiçik yaşlı yeniyetmə stolüstü tennisçilər arasında keçirilən ölkə turnirinə yekun vurulub. "Şüa” İdman Kompleksində təşkil olunan yarışın nəticələrinə əsasən qızların mübarizəsi Mehri Aslanzadənin çempionluğu ilə yadda qalıb. Nailə Nəzirova ikinci, Fərəh Hidayətzadə və Sofiya İlyasova üçüncü yeri tutub.

Oğlanların yarışında isə Əliəkbər Mirzəliyev bütün rəqiblərini üstələyib. O, finalda Saleh Hümbətova qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həzrət Kamilov və Cəfər Almədədli üçüncü yerlə kifayətləniblər. Mükafatçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunub.

Yarışda Bakı, Sumqayıt, Şabran, Şəki, Şirvan, Salyan, Qax və Qobustandan üzmumilikdə 100-ə yaxın idmançı qələbə uğrunda mübarizə aparıb.


22412 oxunub

InvestAZ