XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Polad" çövkən üzrə Prezident Kubokunun qalibi oldu
İdman 14:50 / 24.12.2023

Bakıda keçirilən çövkən üzrə Prezident Kuboku yarışına yekun vurulub. Binə Atçılıq Mərkəzinin qapalı manejində təşkil olunan turnirin sonuncu günündə üçüncü yer uğrunda görüş, final qarşılaşması və bağlanış mərasimi keçirilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev iştirak ediblər.

Əvvəlcə Dövlət Sərhəd Xidmətinin orkestrinin ifasında müxtəlif çıxışlar səsləndirilib.

Sonra "Sərhədçi-Dilbaz" və "Omar" komandalar arasında üçüncü yer uğrunda oyun keçirilib. Qalibin adına əlavə vaxtda aydınlıq gəlib. Yekunda 2:1 hesabı ilə qalib gələn "Sərhədçi-Dilbaz” komandası bürünc medala sahib çıxıb.

Finalda isə "Polad" "Sərhədçi-Qarabağ”ı 4:1 hesabı ilə məğlub edərək Prezident Kubokunun qalibi adına layiq görülüb.

Mükafatlandırma mərasimində qaliblərə medalları F.Qayıbov və E.Quliyev təqdim ediblər. Hakimlər briqadasına isə fəxri diplomlar verilib.

Çövkən milli atüstü oyunu üzrə Prezident Kuboku turnirində "Sərhədçi-Qarabağ”, "Polad”, "Köhlən”, "Şirvan”, "Sərhədçi-Dilbaz”, "Omar”, "Zəfər” və "Embawood” olmaqla 8 komanda iştirak edib.


19662 oxunub

InvestAZ