XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Basketbol yığmamızın Paris-2024-ün təsnifat oyunlarındakı rəqibləri müəyyənləşib
İdman 13:43 / 24.12.2023

Azərbaycanın 3x3 qadın basketbol millisinin Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək üçün qatılacağı ilk təsnifat oyunlarındakı rəqibləri müəyyənləşib. 

Yığmamız Honkonq, Niderland, Macarıstan, Polşa, Monqolustan, Misir və Çili komandaları ilə qarşılaşacaq. Matçlar aprelin 17-18-də Honkonqda təşkil olunacaq.

İkinci təsnifat oyunları Yaponiyada (tarix bəlli deyil), üçüncü yarış isə Macarıstanda (23-26 may) keçiriləcək. Üç mərhələnin yekununa əsasən, birinci yeri tutan komanda Paris Olimpiadasına lisenziya əldə edəcək.

Qeyd edək ki, "Paris-2024” Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək Fransada keçiriləcək.


21943 oxunub

InvestAZ