XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Melo: “İdmançı meydanda hörmətsizlik göstərə bilməz” - FOTO
İdman 13:22 / 24.12.2023

"Fluminense”nin müdafiəçisi Felipe Melo "Mançester Siti"nin cinah oyunçusu Cek Qrilişin davranışını bəyənmədiyini bildirib. "Matç zamanı Qriliş "Fluminense” komandasına qarşı hörmətsizlik etdi. Bu məni qəzəbləndirdi. Oyun zamanı o, "Ole” - deyə qışqırdı. Azarkeşlər bunu edə bilər, belə qışqıra bilər, amma idmançı meydanda hörmətsizlik göstərə bilməz”, - deyə Melo X (keçmiş Twitter) sosial şəbəkəsində bildirib.

Xatırladaq ki, Melo matçdan sonra İngiltərə klubunun müdafiəçisi Kayl Uokerlə dalaşıb. 40 yaşlı futbolçunun özünün daha sonra izah etdiyi kimi, toqquşma "Mançester Siti"nin oyunçusunun Melonun komanda yoldaşı Martinellini itələdiyi üçün baş verib.


21926 oxunub

InvestAZ