İdman 12:31 / 24.12.2023
"Mançester Siti"nin vingeri Cek Qriliş klublararası dünya çempionatının final oyunundan sonra onun oyun zamanı "Ole" - deyə qışqıraraq, Braziliya komandasına hörmətsizlik etdiyini deyən "Fluminense"nin müdafiəçisi Filipe Melonun sözlərinə cavab verib. Qrealiş sosial media hesabında X (keçmiş Twitter) yazıb: "Mən bir dəfə "Ole” deyə, qışqırmadım".
Xatırladaq ki, Melo bundan əvvəl futbolçular tərəfindən belə davranışın qəbuledilməz olduğunu bildirmişdi.