XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Qəbələ” qara zolaqdan çıxdı 
İdman 23:51 / 22.12.2023

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun oyunlarına start verilib.

İlin və ikinci dövrənin son turunun ilk oyun günündə bir qarşılaşma təşkil olunub.

"Sabah” klubu Qəbələdə eyniadlı komandanın qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda vurulan yeganə qolun müəllifi 45+2-ci dəqiqədə fərqlənən Murad Musayev olub.

Bu nəticədən sonra xallarını 14-ə çatdıran "qırmızı-qaralar” sonuncu – 10-cu pillədə qalıblar. Bakılılar isə 22 xalla 7-ci sırada qərarlaşıblar.

Qeyd edək ki, turun digər oyunları dekabrın 23—24-də keçiriləcək.


21222 oxunub

InvestAZ