XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Taekvondoçular ölkə çempionatında yarışacaqlar
İdman 14:49 / 22.12.2023

Taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatı keçiriləcək. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq yarış dekabrın 24-də başlayacaq və 5 gün davam edəcək.

Bakı İdman Sarayında keçiriləcək çempionata yeniyetmələrin mübarizəsi ilə start veriləcək. Dekabrın 26-27-də gənclər arasında Azərbaycanın ən güclü taekvondoçularının adlarına aydınlıq gələcək.

2023-cü ilə böyüklər və parataekvondoçular arasında Azərbaycan çempionatı ilə yekun vurulacaq. Onlar dekabrın 28-də dayanq üzərinə çıxacaqlar.

Qeyd edək ki, yeniyetmələr yeni qaydalara uyğun çəki ilə deyil, boylarının ölçülərinə (148 sm-dən 180 sm-dək) uyğun yarışacaqlar. Gənclər 20 çəki dərəcəsində (oğlanlar - 45, 48, 51, 55, 59, 63, 68, 73, 78, +78 kq; qızlar - 42, 44, 46, 49, 52, 55, 59, 63, 68, +68 kq), böyüklər isə 16 çəkidə (kişilər - 54, 58, 63, 68, 74, 80, 87, +87 kq; qadınlar - 46, 49, 53, 57, 62, 67, 73, +73 kq) mübarizə aparacaqlar.


20149 oxunub

InvestAZ