XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Neftçi" ili qələbə ilə başa vurdu
İdman 21:57 / 21.12.2023

Kişi voleybolçular arasında Yüksək Liqada ilin son oyunu keçirilib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan matçda "Azərreyl” və "Neftçi” klubları üz-üzə gəliblər.

Qarşılaşmanın gərgin keçən ilk setini "ağ-qaralar” qalib başa vurublar. İkinci hissədə isə nominal meydan sahibləri daha yaxşı oynayaraq hesabı bərabərləşdiriblər. Lakin "Neftçi” yenidən təşəbbüsü ələ alaraq növbəti setləri də aktivinə yazdırıb və 3:1 hesablı qələbə qazanıb.

Turnir cədvəlinə 16 xalla "Xarı Bülbül Şuşa” başçılıq edir. 14 xalı olan "Azərreyl” 2-cidir. "Murov” 13 xalla üçüncü, "Neftçi” 10 xalla dördüncü, "Xarı Bülbül Laçın” 4 xalla beşinci, xalı olmayan MOİK isə 6-cı yerdədir.



25392 oxunub

InvestAZ