XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Superliqanın formatı məlum olub
İdman 21:36 / 21.12.2023

Futbol üzrə Avropa Superliqasının formatı yarışa sponsorluq edən "A22 Sports” şirkətinin saytında dərc olunub. İlk turnirdə iştirakçılar idman nəticələrinə uyğun seçiləcəklər. Hər mövsümün sonunda komandalar divizionlar arasında mübarizəyə qoşulacaqlar. Üçüncü yüksək diviziondan aşağı liqaya düşmüş klublar ölkə çempionatlarının nəticələrinə əsasən növbəti yarışda dəyişdiriləcək. Üç diviziona bölünəcək Super Liqada hər il 64 klub iştirak edəcək. Super Liqa "Ulduz” (ən yüksək) və "Qızıl” (ikinci güclü) hər biri 16 komandadan, "Mavi” (üçüncü güclü) 32 komandadan ibarət olacaq. Hər divizionda iştirakçılar səkkiz komandadan ibarət qruplara bölünəcək. İldə ən azı 14 matçda mübarizə aparacaqlar. Oyunların həftə ortasında keçirilməsi planlaşdırılır. Bərabər imkanların təmin edilməsi üçün maliyyə dayanıqlığı və şəffaflıq qaydaları tətbiq ediləcək. Hər bir divizionun qalibləri pley-off mərhələsinin nəticələrinə əsasən müəyyən ediləcək. Qadınlar arasında Superliqa isə iki diviziondan ibarət olacaq.


20881 oxunub

InvestAZ