XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Dünya çempionu Nadala hədiyyə göndərib
İdman 11:35 / 21.12.2023

Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi DÇ-2022-nin finalında geyindiyi köynəyi ispaniyalı tennisçi Rafael Nadala hədiyyə edib. "Nadal Akademiyası”nın X sosial şəbəkəsindəki (keçmiş Twitter) rəsmi səhifəsinin verdiyi məlumata görə, köynək 22-ci dəfə Nadalın muzeyində nümayiş etdirilir. Messi köynəyin üzərində - "Rafaya sevgi və heyranlıqla" cümləsini yazıb.

Məlumat üçün bildirək ki, DÇ-2022-nin finalında Argentina millisi Fransaya yığmasına (penaltilər seriyasında 3:3, 4:2) qalib gələrək, dünya çempionu olmuşdu. Həlledici görüşdə iki qol vuran Messi penaltilərdən birini də qola çevirib.


21789 oxunub

InvestAZ