XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Kuboku: "Zirə" 1/4 finalda
İdman 20:09 / 20.12.2023

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib. Günün ikinci matçında "Zirə" "Turan Tovuz"u qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tovuz klubunun heyətində 4-cü dəqiqədə Otto Con fərqlənib. "Qartallar"ın qollarını 82-ci dəqiqədə Filipe Paxtman, 89-cu dəqiqədə Rüstəm Əhmədzadə vurub.

"Zirə" 1/4 finalda bu gün "Şamaxı"nı mübarizədən kənarlaşdıran "Səbail"lə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl "Sabah", "Sumqayıt", "Araz-Naxçıvan" və "Qəbələ" 1/4 finala vəsiqə qazanıblar. Bu raundun "Qarabağ" - MOİK və "Neftçi" - "Qaradağ Lökbatan" oyunları dekabrın 21-də baş tutacaq.


25431 oxunub

InvestAZ