XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan çempionatında daha 7 çəkidə qaliblərin adına aydınlıq gəlib
İdman 23:41 / 20.12.2023

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı davam edir. Bakı İdman Sarayında keçirilən yarışın 2-ci günündə sərbəst güləş üzrə mübarizəyə yekun vurulub, həmçinin yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar.

Ümumilikdə 7 çəkidə qaliblər müəyyənləşib.

Sərbəst güləş yarışlarında Maqomed-Taxir Xaniyev (86 kq, AGF), Şamil Zubairov (92 kq, AGF), Hacımurad Maqomedsaidov (97 kq, AGF), Vaxit Qalayev (125 kq, AGF) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Klassiklərin mübarizəsində isə Rəşad Məmmədov (55 kq, Şəmkir, "Neftçi”), Nihad Quluzadə (60 kq, "Neftçi”), Ziya Babaşov (63 kq, Cəlilabad, "Neftçi”) qızıl medala layiq görülüb.
Qeyd edək ki, sabah yunan-Roma güləşi üzrə son 7 çəkidə Azərbaycan çempionları müəyyənləşəcək.


19758 oxunub

InvestAZ