XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Qalaktikos” filmi çəkiləcək
İdman 17:01 / 20.12.2023

"David Beckham's Studio 99” və "Fulwell 73” kino şirkəti futbol haqqında yeni sənədli filmlər seriyası üzərində işə başlayıb. "Deadline” saytının yaydığı məlumata görə ilk film Madrid "Real”ına həsr olunacaq. "Qalaktikos” filmi Zinəddin Zidan, Bekhemin özü, Ronaldo, Luiş Fiqu və digər super ulduzların komandada çıxış etdiyi dövrünə həsr olunacaq. Bunun üçün ESPN kabel kanalının da razılığı əldə olunmalıdır. Qarşı tərəflə danışıqlar artıq son mərhələdədir. Ekran əsəri son illərin digər idman filmləri - Maykl Cordan haqqında "Son rəqs", "Yuventus" haqqında "Hər şey və ya heç nə" və məşhur britaniyalı yarımmüdafiəçinin karyerası haqqında çəkilən "Bekhem" filminə bənzəyəcək. "Qalaktikos”un hələ dəqiq buraxılış tarixi yoxdur.


26747 oxunub

InvestAZ