XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Portuqaliyalı məşqçi "Nottingem meşəsi”ndə
İdman 14:16 / 20.12.2023

"Nottingem Forest"in yeni baş məşqçisi müəyyənləşib.Klubun saytında yer alan xəbərə görə, komanda Nuno Eşpirito Santoya tapşırılıb. 49 yaşlı mütəxəssislə 2 il yarımlıq müqavilə imzalanıb. O, dekabrın 23-də "Bornmut"la oyunda komandanın baş məşqçisi kimi debüt edəcək. Portuqaliyalı məşqçi bu vəzifədə ötən gün istefaya göndərilən Stiv Kuperi əvəzləyib. Xatırladaq ki, Eşpritunun son iş yeri noyabr ayında tərk etdiyi Səudiyyə Ərəbistanı "Əl-İttihad”ı olub. O, əvvəllər "Tottenhem”, "Vulverhempton”, "Portu”, "Valensiya” və "Rio Ave” komandalarına baş məşqçilik edib.


19867 oxunub

InvestAZ