XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Azərreyl” və “Murov Az Terminal” ili qələbə ilə başa vurdu
İdman 10:05 / 20.12.2023

Qadın voleybolçular arasında Azərbaycan çempionatında 2023-cü ilin son oyunları keçirilib. VII turun açılış matçında "Azərreyl” komandası "Gəncə” ilə qarşılaşıb. Cengiz Akarçeşmenin komandası oyunu qələbə ilə başa vurub -3:0.

Bu oyundan sonra günün ikinci, ilin isə son matçı təşkil olunub. "Milli Aviasiya Akademiyası” və "Murov Az Terminal” komandaları arasında keçirilən oyunda qalibin adına üç setdə aydınlıq gəlib. "Murov Az Terminal” meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, 7 turdan sonra "Azərreyl” komandası 18 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik "Abşeron” ikinci yerdədir. "Murov Az Terminal” 15 xalla 3-cü, "Gəncə” 9 xalla 4-cü, "Milli Aviasiya Akademiyası” 3 xalla 5-ci, xalı olmayan UNEC isə sonuncu pillədə qərarlaşıb.


20283 oxunub

InvestAZ