XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Üç boksçumuz beynəlxalq turnirdə bürünc medalı təmin etdi
İdman 11:07 / 20.12.2023

Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnir davam edir. Bakı Boks Mərkəzində keçirilən yarışda 1/4 final mərhələsinin döyüşlərinə start verilib. Artıq turnirdə 5 çəki dərəcəsində yarımfinalçıların adlarına aydınlıq gəlib.

Yarımfinala vəsiqə əldə edən idmançılar arasında Azərbaycan millisinin 3 boksçusu da var. Onlar bu nəticə ilə ən azı bürünc medalı təmin ediblər.

Qeyd edək ki, 7 komandanın iştirakı ilə keçirilən yarışa dekabrın 22-də yekun vurulacaq.

1/4 final mərhələsi
48 kq

Abay Toleybekov (Qazaxıstan) – Ucal Musayev (Azərbaycan) – 5:0
Muinxuja Muminov (Tacikistan) – Ramal Yolçiyev (Azərbaycan) – 3:2
Rövşən Bünyatov (Azərbaycan) – Ayaz Tağızadə (Azərbaycan) – 0:5
Fərid İsmayılzadə (Azərbaycan) – Bilalhəbəşi Nəzərov (Azərbaycan) – 0:5

51 kq
Dias Berikbay (Qazaxıstan) – Bexultan Boranbek (Qazaxıstan) – 1:4

54 kq
Anuşervon Fozilov (Tacikistan) – Favaz Aluhaybi (Səudiyyə Ərəbistanı) – ikinci döyüşə gəlməyib
Aydak Kadirxan (Qazaxıstan) – Müslim Davletkayev (Rusiya) – 3:2
Yerasil Amanqaliyev (Qazaxıstan) – Qurban Həsənov (Rusiya) – 5:0

60 kq
Orucəli Cavadzadə (Azərbaycan) – Bek Joldaşbek (Qazaxıstan) – 0:5
Tofiq Zairov (Azərbaycan) – Vaqif Hacıyev (Azərbaycan) – 5:0
Ayxan Heydərov (Azərbaycan) – Canarslan Temirbiyev (Rusiya) – 0:5

71 kq
İbrahim Nəcəfov (Azərbaycan) – Ayxan Əliyev – ikinci tam üstünlüklə qalib gəlib

75 kq
Şerbek Şokirov (Özbəkistan) – Sanjar-Ali Beqaliv (Qazaxıstan) – 0:5
Damir Sineyev (Qazaxıstan) – İmamrza Sadıxzadə (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib

+92 kq
Maqomedxan Malaçiyev (Rusiya) – İlkin Məmmədli (Azərbaycan) – 5:0


19870 oxunub

InvestAZ