XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



3X3 basketbol üzrə region birinciliyi təşkil olunub
İdman 20:07 / 19.12.2023

Lənkəran Olimpiya İdman Kompleksində "Heydər Əliyev İli” çərçivəsində 2008-2009-cu illər təvəllüdlü oğlan və qızlar arasında 3x3 basketbol üzrə region birincilyi keçirilib.

Yarışın açılış mərasimində əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər barəsində məlumat verilib.

2008-2009-cu illər təvəllüdlü oğlan və qızlardan ibarət 10 komandanın mübarizə apardı yarışda birinci yerə Cəlilabad komandası sahib çıxıb. Astara və Lənkəranı təmsil edən basketbol komandaları isə müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.

Qalib komandalar kubok, diplom və medallarla təltif olunublar.


18508 oxunub

InvestAZ