XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Premyer Liqa da FİFA-ya şikayət edib
İdman 21:25 / 19.12.2023

İngiltərə Premyer Liqasının rəhbərliyi klublararası dünya çempionatının yeni formatı ilə bağlı qurumun yerli liqa və klublarla məsləhətləşməməsi səbəbindən FİFA-ya şikayət edib. Bu barədə "Daily Mail” xəbər yayıb. Bununla da Premyer Liqa La Liqa, A Seriyası və Bundesliqa da daxil olmaqla dünyanın 44 milli liqasını təmsil edən Dünya Liqa Forumu (WLF) tərəfindən FIFA-ya göndərilmiş şikayətə qoşulub. Məktubda FİFA dünya futbolunu idarə edən qurum kimi üzərinə düşən vəzifələri yerinə yetirməməkdə ittiham olunur. Həmçinin FİFA-nın daha çox gəlir əldə etmək üçün Klublararası Dünya Çempionatında matçların sayını artırmağı planlaşdıraraq öz maraqlarını ön plana çıxardığı iddia edilir. Bundan başqa, məktubda FİFA klubların maraqlarına məhəl qoymamaqda və təqvimi həddən artıq yükləməkdə ittiham olunur ki, bu da futbolçuların sağlamlığını riskə atır.

Qeyd edək ki, FİFA 2025-ci ildə Klublararası Dünya Çempionatının altı qitə konfederasiyasından 32 klubun iştirak edəcəyi yeni sxem üzrə keçiriləcəyini açıqlayıb.


20854 oxunub

InvestAZ