XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Masallıda minifutbol yarışına yekun vuruldu
İdman 17:04 / 19.12.2023

Masallı rayonunda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayon üzrə gənclər və idman sektorunun, həmçinin Masallı Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli” çərçivəsində uşaq və yeniyetmələr arasında minifutbol üzrə rayon turniri keçirilib.

Turnirdə 2 yaş qrupu üzrə 8 komanda olmaqla ümumilikdə 80 nəfər uşaq və yeniyetmə iştirak edib. Gərgin mübarizə şəraitində keçən turnirdə uşaqlar arasında birinci yerə Təzə Alvadı kəndinin "Qələbə” komandası sahib çıxıb. Şərəfə kəndinin "İgidlər” komandası isə ikinci olub.

Yeniyetmələrin mübarizəsində isə Ərkivan qəsəbəsinin "Zəfər 44” komandası birinci yerə layiq görülüb. Masallı şəhərinin "Şuşa” komandası isə ikinci yerlə kifayətlənib.

Qaliblər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok, medal və diplomları ilə təltif olunublar.


19466 oxunub

InvestAZ