İdman 15:33 / 19.12.2023
"Gənclik” Tələbə İdman Cəmiyyətinin təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər
Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş XV Respublika Spartakiadası davam edir. Spartakiada çərçivəsində təşkil olunan stolüstü tennis yarışlarına yekun vurulub.
Qızlar və oğlanlar arasında keçirilən yarışlar Azərbaycan Dövlət Pedaqoji Kollecinin idman kompleksində keçirilib.
6 komandanın
iştirak etdiyi qızların yarışında birinci yerə Azərbaycan Dövlət Pedaqoji
Kollecinin komandası layiq görülüb.
Bakı Texniki
Kollecinin komandası ikinci, Qida Sənaye Kollecinin tələbələri isə üçüncü yeri
tutub.
Stolüstü tennis üzrə
oğlanların yarışında da 6 komanda iştirak edib. Gərgin mübarizənin sonunda Azərbaycan
Dövlət Pedaqoji Kollecinin komandası birinci olub. Sənaye və Texnologiya
Kollecinin komandası ikinci, Bakı Texniki Kollecinin komandası isə üçüncü yerə
sahib çıxıb.