XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qaşım Maqomedov: “Azərbaycana Olimpiya lisenziyası qazandırdığıma görə çıxışımdan razı qaldım”
İdman 15:06 / 19.12.2023

"Azərbaycana Olimpiya lisenziyası qazandırdığıma görə çıxışımdan razı qaldım”.

Bu sözləri Çinin Usi şəhərində keçirilmiş Böyük Dəbilqənin təsnifat və Çempionlar mərhələsində iki qızıl və Olimpiya lisenziyası qazanan Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

Taekvondoçumuz müsahibəsində cari idman ilinin onun üçün çətin keçdiyini bildirib: "Yarışda hər şey istədiyim kimi alındı. Əldə etdiyim nəticə məni qane edir. Şadam ki, Böyük Dəbilqədə qızıl medal qazanan ilk azərbaycanlı taekvondoçu kimi tarixə düşdüm. Öz işimi gördüm və məndən tələb olunanı etdim. Bizə hər zaman dəstək olan federasiya rəhbərliyinə, məşqçilərimə minnətdarlığımı bildirirəm.


21380 oxunub

InvestAZ