XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Zenit” BTİC İB-in boksçuları Belarusdan iki medalla qayıdıblar - FOTO
İdman 13:58 / 19.12.2023
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin (BTİC İB) boksçuları Belarusun Polotsk şəhərində keçirilən yeniyetmə boksçular arasında beynəlxalq turnirdə uğurla çıxış ediblər. İdman Cəmiyyətinin boksçularından Ülvi Novruzov (70 kq) 2008-ci il təvəllüdlü boksçular arasında qızıl medala layiq görülüb. 2009-cu il təvəllüdlü idmançıların yarışında qüvvəsini sınayan Arzu Rzayev (+80 kq) isə yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxıb. 
Qeyd edək ki, yarışda Azərbaycanla yanaşı, Belarus, İsveç və Rusiyanı təmsil edən boksçular mübarizə aparıblar.

20309 oxunub

InvestAZ