XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yüksək Liqa: bu gün qadın voleybolçular arasında ilin son oyunları keçiriləcək
İdman 10:49 / 19.12.2023

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında 2023-cü ilin son oyunları keçiriləcək. Günün ilk matçında "Azərreyl” komandası və "Gəncə” ilə qarşılaşacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq oyun saat 13:00-da başlayacaq.

Bu oyundan sonra isə meydana "Milli Aviasiya Akademiyası” və "Murov Az Terminal” komandaları çıxacaq. İlin son matçı saat 15:00-da start götürəcək. Bununla həm də qadın voleybolçular arasında ölkə çempionatında 7-ci turun oyunlarına yekun vurulacaq.


20781 oxunub

InvestAZ