XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Misli Premyer Liqası: "Qarabağ" "Neftçi"yə qalib gəldi - YENİLƏNİB
İdman 22:02 / 18.12.2023

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun oyunlarına yekun vurulub. Turun son oyunu Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunub. Mərkəzi oyunda son çempion "Qarabağ” "Neftçi”ni qəbul edib. Oyun Qurban Qurbanovun komandasının qələbəsi ilə yekunlaşıb -2:0. Meydan sahiblərinin heyətində matçın 71-ci dəqiqəsində Yassin Benzia, 90+2-ci dəqiqədə isə Hamidu Keyta fərqlənib. "Qarabağ” klubu bu qələbə ilə xallarının sayını 38-ə çatdıraraq liderliyini bir qədər də möhkəmlədib. "Neftçi” isə 25 xalla beşinci pillədə qərarlaşır.


19:51

Bu gün Misli Premyer Liqasının XVII turuna yekun vurulacaq.Saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionun keçiriləcək qarşılaşmada "Qarabağ" "Neftçi"ni qəbul edəcək.

Misli Premyer Liqası

2-ci dövrə, XVII tur

"Qarabağ”– "Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Vüsal Məmmədov, Kamal Umudlu

Hakim-inspektor: Rəhim Həsənov



21455 oxunub

InvestAZ