XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Üzgüçülərimiz Serbiyada 7 medala sahib çıxdılar
İdman 15:16 / 18.12.2023

Azərbaycan üzgüçüləri Ramil Vəlizadə, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov Serbiyanın Niş şəhərində gənclər arasında keçirilən beynəlxalq turnirdə yeddi medal qazanıblar.

Dünya çempionatı və "Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Ramil Vəlizadə 100 və 200 metr məsafələrə batterflay üsulunda üzmədə A finalında bütün rəqiblərini üstələyərək birinci olub. O, hər iki növdə turnirin rekordunu yeniləyib.

R.Vəlizadə 50 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışında isə gümüş medala sahib çıxıb.

Milli komandanın digər üzvü Rəşad Alquliyev 50 və 100 metr məsafələrə arxası üstə üzmədə A finalında üçüncü yeri tutub.

Əbdürrəhman Rüstəmov isə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə B finalında qızıl, A finalında isə gümüş medal əldə edib.



19868 oxunub

InvestAZ