XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bakıda keşçiriləcək "Böyük Dəbilqə" turnirinin vaxtı dəyişdi
İdman 17:03 / 18.12.2023

Beynəlxalq Cüdo Federasiyasının (IJF) qərarına əsasən, 2024-cü il 1-3 noyabrında Bakıda keçirilməsi nəzərdə tutulan "Böyük Dəbilqə"nin vaxtı dəyişib.

Azərbaycan Cüdo Federasiyasındanverilən məlumata görə, "Dünya Cüdo Turu” seriyasına daxil olan turnir 16-18 fevralda gerçəkləşəcək.

Yarış Milli Gimnastika Arenasında baş tutacaq.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu vaxtın dəyişdirilməsinin səbəbini açıqlayıb: "Bu tarixlərdə daha öncə Təl-Əviv "Böyük Dəbilqə" turnirinin keçirilməsi planlaşdırılırdı. Məlum hadisələrə görə təhlükəsizlik baxımından IJF bu yarışı təxirə saldıqdan sonra biz gələn ilin noyabrında keçirilməsi nəzərdə tutulan "Böyük Dəbilqə"nin 16-18 fevralda olmasını təklif etdik. Buna müsbət cavab verdikləri üçün IJF-yə təşəkkürümüzü bildiririk”

O, həmçinin vurğulayıb ki, yarışın fevral ayına keçirilməsi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xallarının toplanmasına imkan verəcək: ""Böyük Dəbilqə" noyabrda olsaydı, Yay Olimpiya Oyunlarından sonra baş tutacağına görə iştirakçı sayı əhəmiyyətli dərəcədə azalacaqdı. Həmçinin bu yarış zamanı ev sahibi kimi hər çəkidə 4 idmançı sifariş edə biləcəyimizdən, bu da Olimpiya Oyunlarına lisenziya xallarının qazanılması baxımından müəyyən üstünlük yaradacaq”.



20501 oxunub

InvestAZ