XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Niderlandlı yarış avtomobilini testdən keçirib
İdman 14:40 / 18.12.2023
"Honda Racing Corporation”in YouTube kanalında Maks Verstappenin unikal "Honda CR-V Hybrid Racer” krossoverindəki yarışlarına həsr olunmuş videoçarx yayılıb. Yarışlar müntəzəm olaraq NASCAR Kuboku Seriyasına ev sahibliyi edən "Homestead”da dairəsində təşkil edilib. Formula 1 çempionu keçmiş "IndyCar” sürücüsü Ceyms Hinçşlif tərəfindən təlimatlandırılıb.

Məlumat üçün bildirək ki, "Honda CR-V Hybrid Racer” 2023-cü ilin fevralında təqdim edilib. Avtomobil CR-V istehsalı olan banln yalnız yuxarı hissəsinə malikdir və onun böyük hissəsi karbon lifindən yaradılıb. Avtomobil həmçinin "IndyCar” avtomobilinin asma komponentlərindən istifadə edir, bəzi hissələr isə "Acura NSX GT-3 Evo”dan götürülüb. Avtomobilin mühərriki arxada yerləşir və o, iki turbomühərrikli 2,2 litrlik "Honda Indy V6”dır. Elektrik mühərrikini gücü 800 at gücüdür.

19681 oxunub

InvestAZ